Standart viza

24.08.2020 15:52

Viza nədir?

Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilmiş müddət ərzində Dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Tacikistan Respublikasına gəlməsinə və Tacikistan Respublikasından getməsinə, ölkədə olmasına  və Tacikistan Respublikasının ərazisindən tranzitlə keçməsinə hüquq verən rəsmi sənəddir.

 

Standart viza nədir və onu necə almaq olar?

 

Saxtalaşdırılmanın qarşısını almaq məqsədi ilə viza xüsusi yapışqan qoruyucu əlamətlərə malik blankda çap olunur və əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin pasportlarına vurulur.

 

Bu kateqoriya vizalar standart vizalar adlanır. 1 yanvar 2017-ci il tarixindən etibarən Tacikistan Respublikasında vizaların alınması ilə bağlı müraciət üçün elektron informasiya şəbəkəsi sistemi istifadəyə verilib.

 

Siz www.visa.gov.tj  ünvanına daxil olub müraciət formasını dolduraraq tələb olunan sənədləri əlavə edib aşağıdakı kateqoriyalarda standart vizaların alınması üçün müraciət edə bilərsiniz.

 

Vizaların kateqoriyaları:

- diplomatik viza «Д»; («D»)

- xidməti viza «Х»; (“X”)

- investisiya vizası «С»; (“S”)

- işgüzar (biznes) viza «К»; (“K”)

- əmək vizası «М»; (“M”)

- turizm vizası «Т»; (“T”)

- təhsil vizası «О1» и «О2»;  (“O1” və “O2”)

- şəxsi səfər vizası «ХС1» и «ХС2»; (“XS1” və “XS2”)

- azad iqtisadi zona vizası «МОИ»; (“MOİ”)

- nəqliyyat vizası «Н»; (“N”)

- daimi yaşayış üçün viza «ИД»; (“İD”)

- KİV vizası «Ж»; (“J”)

- missioner vizası «ТБ»; (“TB”)

- humanitar səfər vizası «Б»; (“B”)

- tranzit vizası «ТР»; (“TR”)

- giriş vizası «Хуруҷӣ».

 

Standart vizanın rəsmiləşdirilməsi üçün müraciət etdikdə aşağıdakı təlimatlara riayət edin:  

Addım 1

 

Qeyd olunmuş linkə keçid edərək -  www.visa.gov.tj -  viza üçün ərizə formasını doldurun və ərizəyə əlavə olunacaq sənədləri yükləyin.

 

• Pasportunuzda vizanın vurulması üçün ən azı iki boş səhifə olmalıdır və onun etibarlılıq müddəti bitmiş olmamalıdr;

• Tacikistana səfəriniz bitdikdən sonra pasport ən azı 6 ay ərzində  etibarlı olmalıdır. 

 

Addım 2

 

 “Müraciətiniz ilkin mərhələdə qəbul olunub” mətnli elektron təsdiq məktubu aldıqdan sonra aşağıda qeyd olunan təlimatlara riayət edin:

• Səfirliklə əlaqə saxlayın və qəbula yazılın;

• Səfirliyə gəldiyiniz gün müraciətinizin ilkin mərhələdə qəbul edilməsi haqqında məktubu, pasportunuzu və sənədlər paketini/sənədlərin surətini özünüzlə gətirin;

• Səfirlikdə sizdən əl-barmaq izlərinizi verməyiniz xahiş olunacaq və fotoşəkiliniz çəkiləcək.

 

Barmaq izinin götürülməsi öhdəliyindən aşağıdakı kateqoriyalara daxil olan müraciətçilər azad olunur;

1) Diplomatlar;

2) Uşaqlar.

 

Addım 3

• Səfirlik qərar verdikdən sonra Sizin viza hazır olacaq;

• Pasportunuzu almazdan öncə seçdiyiniz viza kateqoriyası üzrə rüsum verməyiniz xahiş olunacaq;

• Pasportunuzu şəxsən Səfirlikdən götürməlisiniz.

 

Vizanın alınması qaydalarına dair əlavə məlumat üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edin.

 

Konsulluq şöbəsinin iş saatları:

Bazar ertəsi – Cümə, 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək

Telefon: (+994 12) 502-14-32

E-mail: tajembbaku@mfa.tj

 

Elektron viza

 

Elektron viza nədir və onu necə almaq olar?

 

Elektron viza Tacikistana girişə  və Tacikistandan çıxışa icazə verən rəsmi sənəddir. Siz www.evisa.tj  saytı üzərindən elektron vizanın alınması üçün müraciət edə bilərsiniz. Sizin müraciət uğurla qeydiyyata alındıqdan sonra elektron viza elektron poçt ünvanınıza göndəriləcək.

Qeyd: Diqqətinizə çatdırırıq ki, Səfirlik www.evisa.tj saytı vasitəsilə elektron vizaların alınması üçün edilmiş müraciətlərə baxılması prosesində iştirak etmir.

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg