28 iyul 2023-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlham Abdurahmon etimadnaməsinin surətini Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova təqdim edib. Etimadnamənin surətinin təqdim etmə mərasimindən sonra səfirlə Azərbaycan Respublikasının xarici işlər naziri arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin siyasi, iqtisadi-ticarət, mədəni-humanitar, təhsil və tərəfləri maraqlandıran digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıblar.


