18 avqust 2023-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri İlhom Abdurahmon etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.
Tacikistanlı diplomat Sülh və Milli Birliyin Yaradıcısı – Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırdı.
Etimadnamənin təqdim edilməsi mərasimindən sonra baş tutan görüş zamanı tərəflər Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.


