Tacikistan Səfirinin “AZPROMO”- nun rəhbəri ilə görüşü

26.09.2023 10:19

25 sentyabr 2023-cü il tairixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmon Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin cari vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Həmsöhbətlər iqtisadiyyat və ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, tikinti, mədənçilik, yeni texnologiyaların inkişafı və alüminiumun ixracı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı üçün konkret tədbirlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıblar.

Галерея

Calendar

  • business-portal_thumb.jpg