27 sentyabr 2023-cü il tarixində Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmonun Azərbyacan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşü baş tutub.
Görüş zamanı tərəflər Tacikistanla Azərbaycan arasında iqtisadi əlaqələrin cari vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər sahələrdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsiətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsində və ticarət dövriyyəsinin artırılmasında, sənaye sektoruna xarici investisiyaların cəlb edilməsi və azad iqtisadi zonalarda birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

