Tacikistan nümayəndə heyətinin 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı

04.10.2023 09:59

29 sentyabr - 1 oktyabr 2023-cü il tarixlərində Tacikistan Respublikasının Hökuməti yanında Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Mirzozoda Nizom Yusifin başçılıq etdiyi Tacikistanın nümayəndə heyəti Zəngilan və Bakı şəhərlərində keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.

Forumda şəhərsalma sahəsində aktual problemlər, o cümlədən şəhərsalmada səmərəli idarəetmə və investisiyalar, iqlim dəyişikliyi ilə şəhərsalma arasında əlaqə, bu sahədə yeni texnologiyalardan istifadə və dayanıqlı inkişaf üçün şəhərsalmanın əhəmiyyəti müzakirə edilib.

30 sentyabr 2023-cü il tarixində Forum çərçivəsində keçirilən şəhərsalma və memarlıq orqanlarının rəhbərlərinin iclasında Tacikistan Respublikasının Hökuməti yanında Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Mirzozoda Nizom Yusifi də iştirak və çıxış etmişdir.

1 oktyabr 2023-cü il tarixində forum çərçivəsində Tacikistan Respublikasının Hökuməti yanında Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Mirzozoda Nizom Yusifi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Quliyev Anar Adil oğlu arasında görüş keçirilib.

Görüş zamanı tərəflər tikinti, memarlıq və şəhərsalma sahələrində ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg