Tacikistan Respublikasının Müdafiə naziri Şerali Mirzo Azərbaycan Respublikasının Bakı şəhərinə rəsmi səfər etmiş

23.10.2023 19:04

23 oktyabr 2023-cü il tarixində Tacikistan Respublikasının Müdafiə naziri Şerali Mirzo Azərbaycan Respublikasının Bakı şəhərinə rəsmi səfər etmiş, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov ilə görüş keçirilmişdir.

Görüş zamanı ölkələr arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub. Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Tacikistan ilə Azərbaycan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg