Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmonla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov arasında görüş olub

01.11.2023 09:23
31 oktyabr 2023-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmonla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov arasında görüş olub. 
 
Görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 
 
Tərəflər, həmçinin kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində kadr hazırlığı, təlim və təcrübə mübadiləsi,     konfranslarda və sənaye sərgilərində iştirak, nazirliklərin işçi qruplarının ikinci iclasının keçirilməsi daxil olmaqla aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişafına kömək göstərməyə hazır olduqlarını bildiriblər. 
 

Галерея

Calendar

  • business-portal_thumb.jpg