Səfirin Azərbaycanın ADA Universitetinin prorektoru ilə görüşü

13.12.2023 09:45

11 dekabr 2023-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlhom Abdurahmonla Azərbaycan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə arasında görüş keçirilib.

²Görüş diplomatik kadrların hazırlanması sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Görüş zamanı tərəflər Azərbaycanın ADA Universitetində Tacikistan vətəndaşlarının təhsil alması, gənc tacik diplomatları üçün qısamüddətli təlim kurslarının təşkili və birgə elmi-praktik konfranslarının keçirilməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Галерея

Calendar

  • business-portal_thumb.jpg