8 yanvar 2024-cü il tarixində Tacikistan Səfiri İlhom Abdurahmon Gənclər və idman naziri Fərid Qayıbovla görüşüb
Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, xüsusilə idman və gənclərin tərbiyəsi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsinin aktual məsələləri müzakirə edilib.
Eyni zamanda, tərəflər ikitərəfli əməkdaşlığı gücləndirməyə və genişləndirməyə, onun gələcək inkişafı üçün konkret tədbirlər görməyə hazır və maraqlı olduqlarını vurğulayıblar.

