15 yanvar 2024-cü il tarixində Tacikistan Respublikasının Səfiri İlhom Abduraxmonla Azərbycan Respublıkası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov arasında görüş keçirilib.
Görüş Düşənbə və Bakı şəhərləri arasında əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək məqsədi daşıyıb.
Görüşdə tərəflər iki ölkənin paytaxtları arasında ticarət-iqtisadi, mədəni-humanitar və idman sahələrində əlaqələrin genişləndirilməsinə, Düşənbə və Bakı şəhərlərinin nümayəndə heyətlərinin iştirakı ilə qarşılıqlı səfərlərin təşkil olunmasına, habelə birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.

