Tacikistan və Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü

07.12.2024 20:48

7 dekabr 2024-cü il tarixində Bakı şəhərində “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda təşkil olunan Beynəlxalq Parlament Konfransı çərçivəsində Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Qulzoda ilə Azərbaycan Respublikasının Milli Məclisinin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə ilə görüşü keçirilib.

Görüşdə həmçinin Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon və Milli Məclisin deputatları iştirak ediblər.

Söhbət zamanı Tacikistan-Azərbaycan parlamentlərarası əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, həmçinin bu posesdə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin və Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İşçi Qruplarının fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyi vurğulanııb.

Галерея

Calendar

  • business-portal_thumb.jpg