Tacikistanın 2025-ci ildə MDB-nin sədrliyinə həsr olunmuş Səfirliyin Brifinqi

24.01.2025 15:07

2025-ci il yanvarın 23-də Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən 2025-ci ildə Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyinə həsr olunmuş brifinq keçirilib. Tədbirdə MDB-yə üzv dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri, bir sıra elmi-tədqiqat mərkəzlərinin ekspertləri və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

      Tacikistan Respublikasının səfiri İlham Abdurəhman ölkəsinin qarşıdakı sədrliyinin siyasi, iqtisadi və humanitar sahələrdə, həmçinin təhlükəsizlik çağırışlarına və təhdidlərinə qarşı mübarizə və Birliyin institusional inkişafı sahələrində əsas prioritetlərini təqdim edib. O, həmçinin iştirakçıları Tacikistanın sədrliyinin Konsepsiyasının əsas elementləri və Liderlər Millətinin rəhbəri, Tacikistan Respublikasının Prezidenti və MDB Dövlət Başçıları Şurasının Sədri Zati-aliləri Emoməli Rəhmon tərəfindən təsdiq edilmiş tədbirlər Planı ilə tanış edib.

     Tədbir zamanı müzakirə olunan mövzularla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Tacikistan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin birinci müavini Orəz Murtəzəzoda, Rusiya Federasiyasının və Özbəkistanın Azərbaycandakı səfirləri Mixail Yevdokimov və Bəhram Əşrəfxanov, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və “Strategic Consultancy Group” Analitik Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər.

Галерея

Calendar

  • business-portal_thumb.jpg