Tacikistan Respublikasının Prezidenti yanında Dövlət Simfonik Orkestrinin estrada ansamblının Gəncə şəhərindəki konserti

07.04.2025 18:07

7 aprel 2025-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının zalında Tacikistan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Simfonik Orkestrinin estrada ansamblının “Dostluq hədiyyəsi” adlı konserti keçirilib.

Tacikistan Respublikası Hökumətinin təşəbbüsü ilə təşkil olunan mədəni tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon, Azərbaycanın dövlət qurumlarının, elmi və mədəni dairələrinin nümayəndələri, incəsənət xadimləri və ziyalıları, Gəncə şəhərinin sakinləri iştirak ediblər.

Tacikistan artislərinin ifasında tamaşıçılara tanınmış tacik, Azərbaycan və xarici bəstəkarların mahnı və melodiyalarından ibarət maraqlı estrada proqramı təqdim edilib.

Konsert proqramını tamaşaçılar tərəfindən böyük coşqu və səmimi alqışlarla qarşılanıb.

Галерея

Calendar

  • business-portal_thumb.jpg