2025-ci il aprelin 17-də Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevlə görüş keçirmişdir.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud vəziyyət və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Həmçinin Tacikistan səfiri cari ilin 29–31 may tarixlərində Düşənbə şəhərində keçiriləcək Buzlaqların Mühafizəsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransın hazırlıq prosesi barədə məlumat vermişdir.