15 may 25-ci il tarixində Tbilisi şəhərində Tacikistan Respublikasının Gürcüstandakı (rezidensiyası Bakı şəhərində yerləşən) Səfiri İlhom Abdurahmon ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri David Songulaşvili arasında görüş keçirilmişdir.
Görüş zamanı tərəflər ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və onun mənfi nəticələri, eləcə də buzlaqların qorunması məsələləri üzrə ikitərəfli əməkdaşlığı müzakirə etmişlər.
Eyni zamanda, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, o cümlədən iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərinə də diqqət yetirilmişdir.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Düşənbədə Buzlaqların Qorunmasına dair Yüksək Səviyyəli Konfransın keçirilməsini alqışlamış və tədbirdə iştirakda maraqlı olduğunu bildirmişdir.


