Tacikistanın Milli Günü ADA Universitetində

08.10.2025 14:45

8 oktyabr 2025-ci il tarixində Tacikistan tələbələrinin təşəbbüsü və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Bakıda, ADA Universitetində Tacikistan Respublikasının Dövlət Müstəqilliyinin 34-cü ildönümünə və Tacik dili Gününə həsr olunmuş “Tacikistanın Milli Günü” adlı tədbir keçirilmişdir.

Tədbirdə Tacikistanın səfiri İlxom Abduraxmon universitet rəhbərliyinin nümayəndələri, müəllimlər və tələbələr, o cümlədən Bakının digər ali təhsil müəssisələrində təhsil alan tacik tələbələr iştirak etmişlər.

Tacik tələbələr tacik xalqının tarixi, mədəniyyəti, görkəmli tarixi və ədəbi şəxsiyyətləri, eləcə də Tacikistanın turizm potensialı barədə təqdim etdikləri rəngarəng proqramı şeirlər, milli tacik mahnıları, rəqslər və videoçarxlarla zənginləşdirmişlər.

Tədbir çərçivəsində təşkil olunmuş tacik milli yaradıcılıq sərgisində xalq sənəti, əl işləri, tikmə sənəti nümunələri, milli oyma sənəti nümunələri, musiqi alətləri, eləcə də Tacikistanın tarixinə, mədəniyyətinə və təbiətinə həsr olunmuş kitablar, rəsmlər və fotolar nümayiş etdirilmişdir.

Qonaqlara həmçinin tacik milli mətbəxinə aid yeməklər təqdim olunmuşdur.

Галерея

Calendar

  • business-portal_thumb.jpg