9 oktyabr 2025-ci il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlxom Abduraxmon Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil alan tacik kursantların təhsil və yaşayış şəraiti ilə tanış olmaq məqsədilə Akademiyaya səfər etmişdir.
Səfər çərçivəsində səfir Akademiyanın rektoru, general-mayor Ramin Bağırov ilə görüş keçirmişdir. Tərəflər Akademiyada təhsil alan tacik kursantlarının tədris prosesinin səmərəli təşkili və onlara hərtərəfli dəstəyin təmin olunması ilə bağlı məsələləri müzakirə etmişlər.
Tacik kursantlarla söhbət zamanı İlxom Abduraxmon ölkə rəhbərliyinin gənclər siyasətinin prioritetləri barədə ətraflı məlumat vermiş, onun vətənpərvərlik baxımından əhəmiyyətini və dəyərini vurğulamış, eləcə də gələcək zabitləri bilik və bacarıqları məsuliyyətlə və səmərəli şəkildə mənimsəməyə çağırmışdır.


