28 oktyabr 2025-il tarixində Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon Tacikistan Milli Muzeyinin nümayəndə heyəti ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeyin ekspozisiyaları ilə tanışlıqdan sonra Tacikistan nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovla görüşüb.
Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında mədəniyyət və ədəbiyyat, tarixi-mədəni irsin öyrənilməsi və muzey işinin inkişafı, birgə tədbirlərin keçirilməsi sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



