Tacikistanın Konstitusiya Gününün Bakıda qeyd edilməsi

02.11.2025 19:45

2025-ci il oktyabrın 31-də Tacikistan Respublikasının Milli Məclisinin Nümayəndələr Palatasının Sədri Fəyzəli İdizoda işgüzar səfərlə Bakıda olarkən Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyini ziyarət edib.

Görüş zamanı Fəyzəli İdizoda Səfirlik əməkdaşlarını Tacikistan Respublikasının Dövlət Bayramı – Konstitusiya Günü münasibətilə təbrik edib, 1994-cü il 6 noyabr tarixində ümumxalq referendumu nəticəsində qəbul edilmiş bu taleyüklü sənədin tarixi əhəmiyyətini vurğulayıb.

Nümayəndələr Palatasının Sədri qeyd edib ki, Konstitusiya müstəqil dövlətin möhkəm hüquqi əsasını formalaşdıraraq, demokratik cəmiyyətin inkişafı, qanunun aliliyi və insan hüquqlarının qorunması kimi əsas prinsipləri müəyyənləşdirmişdir.

Vurğulanıb ki, Konstitusiya Tacikistanın xarici siyasət kursunun formalaşmasında mühüm rol oynamış, bərabərlik, sülhpərvərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan əsas istiqamətləri müəyyən etmişdir. Məhz bu prinsiplər əsasında ölkənin beynəlxalq ictimaiyyətlə münasibətləri qurulur, yaxın və uzaq xarici ölkələrlə dostluq və tərəfdaşlıq əlaqələri möhkəmləndirilir.

Görüşün sonunda Fəyzəli İdizoda Səfirlik əməkdaşlarını ölkənin xarici siyasət kursunun həyata keçirilməsində maksimum səy göstərməyə çağırıb və Tacikistanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Галерея

Calendar

  • business-portal_thumb.jpg