13 noyabr 2025-ci il tarixində Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin, İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin, Düşənbə şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, həmçinin Soqd və Danqara Azad İqtisadi Zonalarının rəhbərliyinin təmsil olunduğu Tacikistan nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonasını ziyarət etmiş və Ələt AİZ-in sədri Valeh Ələsgərov ilə görüş keçirmişdir.
Görüş zamanı azad iqtisadi zonaların rəqəmsallaşdırılması və yeni texnoloji həllərin tətbiqi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilmiş, həmçinin Tacikistanın və Azərbaycanın azad iqtisadi zonaları arasında daha sıx ikitərəfli əlaqələrin qurulmasına qarşılıqlı maraq ifadə olunmuşdur.
Görüşün yekununda Tacikistanın Soqd və Danqara Azad İqtisadi Zonaları ilə Azərbaycanın Ələt Azad İqtisadi Zonası arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.



