2025-ci il 21 noyabr tarixində Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmon ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev arasında görüş keçirilmişdir.
Görüş zamanı ölkələr arasında ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, investisiyaların cəlb edilməsi, tərəflər tərəfindən keçirilən investisiya forumları və sərgilərdə iştirak, həmçinin ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunmuşdur.


