16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasındakı Tacikistan Respublikasının Səfirliyində Tacikistan Respublikası Prezidentinin, Millət Lideri, hörmətli Emoməli Rəhmonun Tacikistan Respublikası Parlamentinə (Məclisi Oli) ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri barədə illik müraciətinin kollektiv şəkildə izlənilməsi təşkil olunmuşdur.
Tacikistan Respublikası Prezidentinin müraciətinin birbaşa yayımında Səfirliyin əməkdaşları, həmçinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tacik tələbələr iştirak etmişlər.


