Tacikistan Respublikası Hökuməti yanında Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Yusifinin rəhbərlik etdiyi Tacikistan Respublikası nümayəndə heyəti cari ilin 17-18 may tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) yüksək səviyyəli nazirlər görüşündə və rəsmi açılış mərasimində iştirak etmişdir.
Yüksək səviyyəli nazirlər görüşü çərçivəsində davamlı şəhər inkişafı, şəhər infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma sahəsində müasir yanaşmaların tətbiqi, eləcə də dayanıqlı urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Forum çərçivəsində Tacikistan Respublikasının nümayəndələri şəhərsalma məsələlərinə həsr olunmuş tematik tədbirlərdə, panel müzakirələrində və ikitərəfli görüşlərdə də iştirak edəcəklər.


