20 may 2026-cı il tarixində Əli Əsədov Tacikistan Respublikasının Baş nazirinin müavini Usmonali Usmonzodanın rəhbərlik etdiyi Tacikistan nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı tərəflər Tacikistan-Azərbaycan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, o cümlədən ticarət-iqtisadi, investisiya, sənaye, energetika, transport, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmişlər.
Görüş çərçivəsində 21 may 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasına da xüsusi diqqət yetirilmişdir. Bu xüsusda tərəflər iki ölkə arasında praktiki əməkdaşlığın daha da möhkəmləndirilməsinin və əldə olunmuş razılaşmaların icrasının əhəmiyyətini vurğulamışlar.
Tərəflər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin ardıcıl inkişafından məmnunluqlarını ifadə etmişlər.
